“Dövrünün tələbatına cavab verməyən “mütəxəssislər ordusu” yetişdirmək dövlətin tərəqqisinə deyil, onun probleminə çevrilir”
AzEdu.az xəbər verir ki. bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC ) rektoru, professor Ədalət Muradov Təhsil Nazirliyi yanında İctimai Şura və “Azedu Academy”-nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda keçirilən virtual müzakirədə çıxışı zamanı bildirib:
“Bu gün dünya dəyişsə də, dəyişməyən tək şey universitetlərdir. Hamımız universitetlərin dövlətin, cəmiyyətin tərəqqisinin önündə getdiyini bilirik. Bu gün biz bu fikri təsdiqləyə bilərikmi?
Zənnimcə, universitetlər artıq bu funksiyasını yerinə yetirə bilmir.
İlk universitet I sənaye inqilabı dövründə yaranıb. Bu gün isə IV sənaye inqilabından danışırıqsa, bunu mütləq vurğulamalıyıq: dövrünün tələbatına cavab verməyən “mütəxəssislər ordusu” yetişdirmək dövlətin tərəqqisinə deyil, onun probleminə çevrilir”.
Qeyd edək ki, xəbər verir ki. bu fikirləri Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şura və “Azedu Academy”-nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda virtual müzakirənin iformasiya dəstəkçisi Modern.az informasiya agentliyidir.