“Bu əsrdə Dijitallaşan univeristetlər önə çıxacaq. Yeni nəsil təhsil sistemlərini idarə edə bilənlər önə çıxacaq. Universitetlər arasındakı qurumların da əlaqələndirilməsi çox önəmlidir”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai Şura və “Azedu Academy”-nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda virtual müzakirədə şıxışı zamanı İstanbul Texniki univeristetin rektoru İsmayil Koyunçu bildirib. O, univeristetin layihələrindən də danışdı:
“İstanbul Texnik universiteti bir çox layihələr gerçəkləşdirir. Tələbələrimiz təhsil müddətində yeni kəşflər etməyə çox maraqlıdırlar”.