Azedu.az

İlham Əliyev uyğun bilsə Bağçalının öz hesabına Şuşada məktəb tikiləcək - Səfir 

Məktəblər

20 Yanvar 2021, 11:36
İlham Əliyev uyğun bilsə Bağçalının öz hesabına Şuşada məktəb tikiləcək - Səfir 

"Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra Türkiyədən Azərbaycana bir çox qurum və təşkilat tərəfindən dəstək təklifləri gəlir".

 

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

Səfir bildirib ki, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada Üzeyir Hacıbəyli adına öz hesablarına məktəb tikmə ilə bağlı təklifi də bu qəbildəndir:

 

"Azərbaycan Prezidenti İlham Əliyev uyğun gördüyü təqdirdə hörmətli Bağçalının istəyi də hər halda həyata keçiriləcək. Türkiyədə çox sayda təşkilat və qurumlarimiz hər cür dəstək göstərmək üçün hazırdılar". (report.az)

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox