Azedu.az

"Məktəbin açılması ilə bağlı məlumatlar yalandır"- Nazirlikdən AÇIQLAMA

Məktəblər

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

19 Yanvar 2021, 14:40

Tədrisin ənənəvi qaydada bərpası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

 

Azedu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Cəsarət Valehov bildirib.  O, təhsil iştirakçılarını yanvarın 22-sində keçiriləcək brifinqi gözləməyə çağırıb:

 

“Tədrisin ənənəvi qaydada bərpası və hansı tarixdə başlaması ilə bağlı müxtəlif saytlarda əks olunan informasiyaların heç biri Təhsil nazirliyinə istinadən verilməyib. Sadəcə jurnalist versiyalarıdır.

Gəlin, 22 yanvar tarixində cənab nazirin iştirakı ilə olacaq press brifinqi gözləyək”.

 

Qeyd edək ki, brifinqdə tədrisin təşkili ilə bağlı açıqlama veriləcək.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox