Məktəblərdə 1 ilə yaxındır ki, ənənəvi dərslər dayanadırılıb. Proses distant-onlayn qaydada aparılır. Ənənəvi dərslərin hansı tarixdən başalayacağı isə dəqiq bilinmir. Məktəblər açıldıqdan sonra da sosial məsafə qaydalarına əməl olunması gərəklidir. 2 həftə öncə Kopenhagen beynəlxalq məktəbi 400 şagirdi ilə birlikdə ənənəvi dərslərə başladı. AzEdu.az xarici mediaya istinadən tətbiq olunan məsafə şərtlərini təqdim edir:
1.Dəqiq işarələr və yönləndirilmə
Hər şeydən əvvəl məktəbdə alınan yeni tədbirlər barədə şagirdləri, müəllim və valideynləri məlumatlandırmaq lazımdır. Bunun üçün məktəb rəhbərinin valideynlərin meyl adreslərinə və ya telefon nömrələrinə maarifləndirici məlumatı göndərməkdə fayda var. Beləliklə, onlar məktəbdə dərslərin birinci gün hansı şəkildə formalaşacağını biləcək. Məktub sayəsində uşaqlar məktəbə hazırlıqlı göndəriləcək.
2.Fiziki təmas məktəbdən kənarda başlayır.
İnsanlar arasında 2 metrlik məsafə olması üçün baryerlər qoymaq lazımdır.
Kopenhagen beynəlxalq məktəbində sıxlığı aradan qaldırmaq üçün şagirdlər fərqli saatlarda gəlirlər və əksinə. Şagirdlərin yarısı 08:00-da gəlib, 14:30-da çıxır, digərləri 09:00 gəlib, 15:00-da gedirlər.
Məktəb sıxlığa nəzarətin çətin olacağı səbəbindən şagirdləri aparıb-gətirən servisi ləğv edib. Həmçinin məktəbdə sıxlığı azaltmaq üçün 3 giriş və 3 çıxış qapısı müəyyənləşib.
Təmizliyin gözlənilməsi ən önəmli qaydalardan biridir. Şagirdlər məktəbə daxil olarkən texniki işçilər tərəfindən əlləri dezinfeksiya olunmalıdır. Həmçinin bu tip məhlullar məktəbin bir neçə hissəsinə quraşdırılmalıdır.
Sinifdəki şagirdlər 2 hissəyə bölünərək əvvəldən müəyyən olunan müəllimlərinin iştirakı ilə dərslərə qatılmalıdırlar.
Məktəb bufetləri bağlanmalı, şagirdə yemək paketlərdə verilməlidir. Həmin paketlərin 1 dəfə istifadə olunacağını şagirdlərə bildirmək vacibdir. Sadəcə bunun pandemiya zamanı bu şəkildə davam edəcəyini qeyd etmək lazımdır.
Məktəbdə əllə toxunulan bütün əşyalar gündə 2 dəfə təmizlənir. Təbii ki, bu formada təmizlik xərcləri artırır.