Azedu.az

Fevralın 1-də məktəblərdə dərslər bərpa olunur? - Nazirlikdən cavab

Məktəblər

Elm və Təhsil Nazirliyi

19 Yanvar 2021, 12:20
Fevralın 1-də məktəblərdə dərslər bərpa olunur? - Nazirlikdən cavab

Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.

 

AzEdu.az xəbər verir ki, nazirlikdən “Report”a qeyd olunub ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.

 

“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox