Növbəti həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək.
Azedu.az xəbər verir ki, bu barədəTəhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib .
Bildirilib ki, brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək.