44 günlük haqq savaşımız yaşından asılı olmayaraq hər bir azərbaycanlının duyğularına nüfuz edib.
Məktəblilər də söylədikləri şeirlər, rəsmlər və əl işləri ilə vətənpərvərlik duyğularını ifadə etməyə çalışırlar.
Yardımlı rayon Sınıq kənd tam orta məktəbin 14 yaşlı şagirdi İsgəndərli Səmədin çəkdiyi rəsm sosial şəbəkələrdə böyük maraqla qarşılanıb . O, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı, Şuşa fatehi, general-leytenant Hikmət Mirzəyevin şəklini rəssam dəqiqliyi və istedadla çəkib.
AzEdu.az həmin rəsmi təqdim edir: