Almaniyanın “Hertie” İdarəçilik Məktəbi 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edib.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, doktorantura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti üç ildir. Tədris ingilis dilində aparılacaq. Proqramda iştirak etmək istəyənlər yanvarın 31-dək müraciət edə bilərlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.