Azedu.az

Vətən müharibəsində iştirak etmiş müəllim və tələbələr təltif olunublar  

Məktəblər

Müəllimlər və elm adamları

13 Yanvar 2021, 17:00
Vətən müharibəsində iştirak etmiş müəllim və tələbələr təltif olunublar  

 

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Vətən müharibəsində iştirak etmiş müəllim və tələbələri rəhbərlik tərəfindən təşəkkürnamə və xatirə hədiyyələri ilə təltif olunublar.

 

Rayon icra hakimiyyətindən AzEdu.az-a verilən məlumata görə, tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə əldə etdiyini, 30 ildir erməni işğalında olan torpaqlarımızın düşməndən azad edildiyini, hər bir azərbaycanlının şanlı ordumuzla, qəhrəman hərbçilərimizlə qürur duyduğunu xüsusi vurğulayıb.

 

Qeyd edək ki, Vətən müharibəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən 1 müəllim və 21 tələbə olmaqla, ümumilikdə, 22 nəfər iştirak edib. Onlardan bir nəfəri şəhidlik zirvəsinə yüksəlib.

 

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox