Hazır ölkəmizdə tətbiq edilən karantin rejimində xüsusilə təhsil sahəsində internetin əhəmiyyəti daha çox görünür.
Karantinlə əlaqədar olaraq, dövlət təhsil müəssisələri ilə yanaşı, özəl kurslar və repetitorlar da onlayn tədrisə üz tutublar. Hazırda ölkədə daha çox “MS -TEAMS” və “ZOOM” proqramları ilə dərslər keçirilir.
AzEdu.az olaraq, bu yazıda müəllimlərin dərs zamanı istifadə edə biləcəkləri faydalı proqramları təqdim edirik.
Dərslər üçün lazımı sənədlərin, şagirdlərin ev tapşırıqlarının və s. lazımlı faylların saxlanılmasında aşağıdakı proqramlardan istifadə edə bilərsiniz:
Google Drive
Google Fotoğraflar
Dropbox
Microsoft OneDrive
SugarSync
Hörmətli müəllimlər, aşağıdakı proqramlarla isə virtual sinif yaradaraq şagirdlərlə daha sürətli əlaqə saxlaya bilərsiniz:
Google Classroom
Edmodo
TeacherKit
ClassDojo
Brightwheel
Canvas Student
Microsoft OneNote
Schoology
Classcraft
Dərsləri quru və maraqsız keçmək yerinə, mövzuya uyğun şəkillərlə daha əyləncəli təşkil etmək olar. Bunun üçün də sizə aşağıda qeyd etdiyimiz proqramların böyük köməyi olacaq:
Popplet
Prampts for writing
Dərsləri daha canlı keçmək üçün təqdimatlara da müraciət etmək lazım gəlir. Adlarını sadaladığımız proqramlar bu işdə sizə çox kömək olacaq:
Clips
Stop Motion Studio
HP Reveal
Comic Book
Adobe Spark Video
Emaze
Wondershare Filmora
Dərslərdə bəzən ənənədən kənara çıxmaq şagirdlər üçün də maraqlı olar. Aşağıda qeyd etdiyimiz qiymətləndirmə proqramları ilə şagirdlərin dərsə marağının artacağından əmin ola bilərsiniz:
Kahoot! Play & Create Quizzes
Seesaw:The Learning Journal
Socrative Teacher
Quizlet
Socrative Student
Sonda isə, xüsusilə aşağı siniflər üçün faydalı olacaq proqramları diqqətinizə çatdırmaq istərdik. Bu proqramlarla siz azyaşlıları dərsə daha yaxşı adaptasiya edə bilərsiz:
Padlet
Canva
Blendspace
Pawtoon
Vyond
StoryJumper
CrossWordLabs
Quiver
Burbbl
Go Animate
Learning Apps
Xatırladaq ki, yuxarıda sadaladığımız proqramları “Play Market” və “App Store”dən rahatlıqla yükləyə bilərsiniz. Onu da qeyd edək ki, proqramların adları ingiliscə olsa da müxtəlif tətbiq dilləri mövcuddur.