Azedu.az

Müharibədən 5 medalla  qayıdan müəllim: “Özümə gələndə əsgərlərimi axtardım”

13 Yanvar 2021, 14:37
Müharibədən 5 medalla  qayıdan müəllim: “Özümə gələndə əsgərlərimi axtardım”

 

 

44 günlük Vətən Müharibəsi  ölkəmizin haqlı qələbəsi ilə başa çatdı.

 

Döyüşlər başlanan gündən minlərlə  soydaşımız orduya könüllü yazılaraq müharibəyə qatıldı.

 

Onların sırasında təbii ki, təhsil işçiləri, müəllimlər də çox oldu.

 

22 ildir riyaziyyat müəllimi kimi çalışan Ceyhun Muxtarov döyüşlərdə fəal iştirak edib.

 

Müharibə ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşən Ceyhun müəllim  dərslərin ənənəvi formada başlamasını səbrsizliklə gözləyir. Qalibiyyət təəssüratlarını, cəbhədə yaşadıqlarını  şagirdlərilə canlı ünsiyyət zamanı bölüşməyə tələsir:

 

 “Şagirdlərimlə paylaşacağım çox şey var. Hazırda dərslər distant qaydada təşkil  edilir  və yaşananları məsafədən emosiyasız çatdırmaq olmur. Ümid edirəm, pandemiya tezliklə bitəcək və ənənəvi dərslər başlanacaq. Bu zaman artıq 44 günlük müharibə müddətində yaşadıqlarımı, eşitdiklərimi və gördüklərimi şagirdlərimlə bölüşəcəyəm. Bunun üçün canlı ünsiyyət lazımdır.

 

Ceyhun müəllim müharibəyə başlandığı tarixdən deyil,  daha öncə qatılıb. Demək olar ki, işğaldan azad edilən bütün ərazilərdə döyüş yolu keçib:

 

“Demək olar ki, işğaldan azad edilən bütün bölgələrdə döyüşdə oldum. Müharibə bitdikdən sonra mənə 5 medalla təltif edildim. Bildirim ki, məni müharibə başlamazdan öncə çağırdılar. 2020-ci il sentyabrın 20-də hərbi komissarlıqdan çağırıldım və 1 oktyabrda isə artıq hərbi hissədəydim”.

 

İşğaldan azad edilən torpaqlarda çalışmaq onun arzularından biridir. Hansı bölgədə ehtiyac olarsa, işləməyə hazır olduğunu vurğulayır:

 

“Hazırda Masallı rayon Güllütəpə kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışıram. İşğaldan azad edilən bölgələrimizdə də  fəaliyyət göstərmək istəyirəm. Hansı bölgə olur-olsun, döyüşçü-müəllim olaraq işləməyə hazıram. O torpaqlarımızda şəhidlərimizin qanı var, buna görə də hər qarışı mənə əzizdir. Qarabağla bağlı düşüncələrimi ifadə etməyə sözlər yetmir”.

 

“İşğaldan azad edilən bütün bölgələrdə namaz qıldım”

 

Ceyhun Muxtarov müharibədə  yaşadığı  təhlükəli məqamlardan da  danışır:

 

“44 günlük müharibənin 44 dəqiqəsini də belə rahat dayanmadıq. Xeyli riskli əməliyyatlarımız oldu. Hansı kəndi, şəhəri işğaldan azad edirdiksə, orada namaz qılırdım. Bu, mənimçün çox vacib idi. Dağılan qəbirstanlıqlarımızda ata-babalarımıza “Fatihə” surəsini oxuyurdum ki, ruhları şad olsun, dinclik tapsın. Müharibədə vəzifəm ikinci atəş tağım komandiri idi.

 

Tez-tez bombardmana düşürdük, ayılanda əsgərlərimi tapmağa çalışırdım. Həmin dəqiqlərdə çox narahatlıq keçirirdik. Bunu təkcə mən etmirdim, ilk ayılan digərlərinin axtarışına başlayırdı.

 

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox