Azedu.az

Bu müəllimlərə əlavə dərs saatları verilir- QAYDA

Məktəblər

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

13 Yanvar 2021, 11:18
Bu müəllimlərə əlavə dərs saatları verilir- QAYDA

Tez-tez  ibtidai siniflərdə müəllimlərin  yalnız riyaziyyata və ana dilinə  üstünlük verməsi, digər fənlərin tədrisinə isə səthi yanaşması barədə narazılıqlar olur.

Bu narazılığın əsas qaynağı isə aşağı siniflərdə  xarici dil və informatika fənləri istisna olmaqla, digər fənlərin bir müəllim tərəfindən tədris olunmasıdır.

 

Azedu.az xəbər verir ki, ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir.

 

Yalnız  ibtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.

 

Qeyd edək ki, zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir.

 

 

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox