Azedu.az

Dövlət qulluğu üzrə müsahibədə uğur qazananların sayı AÇIQLANDI

Maraqlı

Dövlət qulluğu

12 Yanvar 2021, 12:36
Dövlət qulluğu üzrə müsahibədə uğur qazananların sayı AÇIQLANDI

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

AzEdu.az  xəbər verir ki, müsahibədə 351 nəfər uğur qazanıb. Onlardan 189-u Təhsil Nazirliyində, 33-ü Dövlət Statistika Komitəsində, 24-ü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 19-u Maliyyə Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə yanvarın 29-da başa çatacaq.(Azərtac)

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox