Ötən il ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 187 məktəbdə təşkil olunan təmayül siniflərinin sayı 720-yə çatıb.
Bu barədə AzEdu.az-a Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.