Hətta təhsilinin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə də insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.
Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.
Bu şansdan yararlanmaq üçün AzEdu.az xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir. Bu dəfə Fransada təhsil almaq istəyənlər üçün şərtləri təqdim edirik:
Fransada ali təhsil almaq üçün xarici tələbələrin birinci növbədə fransız dilindən yaxşı səviyyələri olmalıdır.
TCF (Fransız dili Testi)- Fransız dili səviyyəsini müəyyən edən bu test, Fransa Təhsil Nazirliyi tərəfindən verilən və iki il müddətində qüvvədə olan sertifikatla təsdiqlənir. Akademik il ərzində TCF-dən üç imtahan sessiyası keçirilir.
Universitetin 1-ci və ya 2-ci kursuna yazılmaq istəyən xarici tələbələr xüsusi TCF-DAP (Universitetə öncədən qəbul) imtahanını verməlidir . Bu imtahan yalnız ildə bir dəfə keçirilir.
DELF (Fransız dili diplomu) və DALF ( Mükkəmməl Fransız dili diplomu) Fransa Təhsil Nazirliyinin müstəqil rəsmi diplomlarıdır. Səviyyənizdən asılı olaraq birbaşa seçdiyiniz imtahana yazıla bilərsiniz.
Daha ətraflı məlumat üçün : //www.ciep.fr/delfdalf/index.php
TEF (Fransız dili üzrə qiymətləndirmə Testi): TEF Paris Ticarət və Sənaye Palatasının fransız dili üzrə ümumi testidir. Bu imtahan yalnız tələb olunarsa keçirilir.
TEF haqqında ətraflı məlumat üçün: www.fda.ccip.fr/examens
TEFAQ (Qvebek üçün adaptə olunmuş Fransız dili üzrə qiymətləndirmə Testi):
Paris Ticarət və Sənaye Palatası tərəfindən hazırlanmış və yayılan TEFAQ testi, Qvebek immiqrasiya Nazirliyi tərəfindən qəbul olunur və rəsmi immiqrasiya etmək istəyənlər üçün nəzərdə tutulur. TEFAQ fransız dili üzrə şifahi anlama və ifadə bacarıqlarını qiymətləndirir.
Yalnız bu imtahanlardan birini yüksək nəticə ilə uğurla versəniz Fransız universitetlərinə qəbul edilə bilərsiniz.
Qeyd edək ki, Azərbaycanda Fransız İnstitutu hər il fransız dilindən imtahanlar keçirir.