Britaniyada ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün intihar nisbəti ilk dəfə ortaya çıxıb.
Bu haqda AzEdu.az xarici KİV-ə istinadən xəbər verir.
Milli Statistika İdarəsi İngiltərə və Uels universitetlərində 12 aylıq müddətə tələbə intiharları haqqında məlumat verir.
1950-ci illərdən bəri şagird intiharı barədə məlumatlar demək olar ki yox idi. Ötən ilin payızında nəşr olunan bir hesabatda, on ildir ki, psixi sağlamlıq problemləri olan tələbələrin sayının beş qat artdığı bildirilib. İngiltərə və Uels universitetlərində 12 ay ərzində 2 milyondan çox tələbə təhsil alıb. Bu da orta hesabla 100.000 tələbəyə 4.7 ölüm halı deməkdir.
Bu zamana qədər gənc kişilər arasında intihar nisbəti gənc qadınlardan daha yüksək olub. Ötən ay İngiltərə və Uels universitetlərinin tələbələrinin psixi sağlamlığına dəstək olmaq üçün Britaniya universal tibbi xidmət liderlərinin iş birliyi ilə görüş təşkil edilib.
Derbi Universiteti psixi problemlərdən əziyyət çəkən tələbələrə kömək etmək üçün bir sıra müxtəlif üsullardan istifadə edir. Bu üsullardan biri onların akademik və şəxsi həyatına yardım yollarını təmin etməkdir. Həmçinin psixi sağlamlıq durumlarını yaxşılaşdırmaqdan ötrü təlimlərin keçirilməsi də çıxış yollarına daxildir.
Leyla Qulami