“Virtual məktəb” layihəsi üzrə paytaxtda 450 000-dən çox istifadəçi qeydiyyatdan keçib.
Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Platforma üzərindən qeydiyatdan keçən müəllim sayı da açıqlanıb:
“Təhsilin əlçatanlığının təmin edilməsi, Teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 447 843 şagird və 29 293 müəllim qeydiyyatdan keçib”.