İnsan Resursları Mərkəzi MİQ-in müsahibə mərhələsi ilə bağlı məsələlərə aydınlıq gətirib.
Azedu.az İRM-ə istinadən xəbər verir ki, bu mərhələdə müvəffəqiyyət qazana bilməyən müəllimlər işdən azad olunmayacaqlar.
Onlar bir il müddətində, yəni 2021-ci ilin iyun ayına qədər fəaliyyətlərini davam etdirə biləcəklər. Daimiləşmək üçün isə yenidən MİQ müsabiqəsinin test mərhələsində iştirak etmək lazımdır.
Daimiləşmə olmadığına görə həmin müəllimlərə H1, H2- həvəsləndirmə tədbirləri də tətbiq olunmayacaq.
Qeyd edək ki, yaxın günlərdə müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifəsinə göndəriləcək.