Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu dekabr ayının sonunda yekunlaşır.
AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı elan edilən 2021-ci il yaz semestri üçün sənəd qəbulu 25 dekabr saat 23:59-dək davam edəcək.