Universitetlərin əksəriyyətində yay sessiya imtahanları iyun ayının əvvəlindən start götürür.
AzEdu.az Azərbaycanın ali təhsil müəssisələrində yay imtahan sessiyası tarixlərini öyrənib.
Bakı Dövlət Universitetində iyunun 4-dən etibarən yay imtahan sessiyası start götürüb və ayın 30-da yekunlaşacaq.
Azərbaycan Tibb Universitetində sessiya imtahanları mayın 11-də başlayıb və iyul ayının 5-i bitəcək. Üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyənlər isə iyulun 6, 7 və 9-da imtahan verəcəklər.
Azərbaycan Dillər Universitetində imtahanlar 1 iyun tarixindən başlayıb və iyulun 7-də başa çatacaq.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə yay imtahan sessiyası mayın 29-dan başalayıb və iyulun 4-ü yekunlaşacaq.
Azərbaycan Dövlət İqtisad Universitetində imtahanlar 1 iyundan başlayaraq 2 iyula qədər davam edəcək.
Azərbaycan Texniki Universitetində imtahanlar mayın 29-da başlayıb və iyulun 6-na qədər davam edəcək.