Bir müddət əvvəl Çinin Şanxay vilayətindəki video görüntülər sosial şəbəkələrdə marağa səbəb olub.
Həmin görüntülərdə 85 yaşlı bağça binası yerindən qaldırılaraq, altına yerləşdirilmiş mexanizm vasitəsilə başqa bir məkana daşınıb.
Layihənin memarı Lan Vujinin sözlərinə görə, 5 mərtəbəli binanın altına 200 mexanizmdən ibarət “yerimə aparatı” yerləşdirilib.
Mexanizm insan yerişini yamsılayaraq bağçanı 18 gündə 62 metr uzağa daşıdı.
Anbaan qeyd edilən binanın yerimə kadrları sosial şəbəkələrdə böyük maraq doğurub.
AzEdu.az həmin videomaterialı təqdim edir: