Azedu.az

Kolleclərə qəbul qaydalarında dəyişiklik gözlənilir?-İZAH

Kolleclər

18 Dekabr 2020, 17:42
Kolleclərə qəbul qaydalarında dəyişiklik gözlənilir?-İZAH

Orta məktəbin 9-cu və ya 11-ci sinfini cari ildə bitirən şəxslər üçün kolleclərə qəbul qaydaları necədir?

 

AzEdu.az DİM-ə istinadən sualın cavabını təqdim edir:

 

Ümumi (9-illik) və tam (11 illik) orta  təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili, riyaziyyat  və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər. 

 

Həm cari ilin, həm əvvəlki illərin məzunları ərizə qəbulunda iştirak etməlidirlər. 

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox