STEAM layihəsi mərkəz də daxil olmaqla 45 region üzrə 147 məktəbdə tətbiq edilir.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, hazırda STEAM layihəsinə 25 mindən çox şagird və 800 müəllim cəlb olunub.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən STEAM (Elm - Science, Texnologiya - Technology, Mühəndislik - Engineering, İncəsənət - Art və Riyaziyyat - Math) təhsil metodu şagirdlərə beş sahənin birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Layihənin məqsədi XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıqetmə, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə edə bilmə qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsidir.