Azedu.az

“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Əşrəf Abbasov    

Məktəblər

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

17 Dekabr 2020, 13:21
“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Əşrəf Abbasov    

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, layihənin növbəti siması Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq Əşrəf Abbasovdur. O, 1920-ci ildə Şuşa şəhərində anadan olub.

 

Görkəmli bəstəkar, musiqişünas, pedaqoq, professor, Xalq artisti Əşrəf Abbasov Azərbaycan incəsənət tarixinə unudulmaz musiqi xadimi kimi daxil olub, müxtəlif janrlarda maraqlı əsərlər yaradıb.

 

Əşrəf Abbasov 1947-1948-ci illərdə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci) direktoru olub. Əlli ilə yaxın Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq kafedrasının müəllimi, 1953-1957-ci illərdə konservatoriyanın rektoru, 1957-1972-ci illərdə bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. Konservatoriyanın nəzdində onillik musiqi məktəbində musiqi nəzəriyyəsi fənnini tədris edib.

 

Xatırladaq ki, layihə çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Qarabağın məşhur müəllimlərini yad etməkdir.

 

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox