“Virtual məktəb” platforması üzərindən “Azərbaycanı tanıyaq” mövzusunda vebinarlar davam edir.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, dekabrın 17-si saat 16:00-da keçiriləcək vebinar “Cıdır düzü" mövzusunu əhatə edəcək.
Xatırladaq ki, hər həftə təşkil edilən vebinarların məqsədi ölkəmizin tarixi-mədəni irsinin araşdırılması və öyrənilməsidir.