Azedu.az

Milli Məclisin növbəti iclasında təhsil  müzakirə olunacaq

16 Dekabr 2020, 13:10
Milli Məclisin növbəti iclasında təhsil  müzakirə olunacaq

Milli Məclisin payız sessiyasının dekabrın 18-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.

 

Azedu.az  xəbər verir ki, toplantının gündəliyinə 16 məsələ daxil edilib. Onlardan ikisi təhsillə bağlıdır:

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

 

“Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “”Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Kritik AÇIQLAMA
Son xəbərlərDaha çox