Hazırda məktəblərlə yanaşı repititor və hazırlıq kurslarında da ənənvi dərslər dayandırılıb. Bu durum qəbul imtahanında iştirak edəcək 11-ci siniflərlə yanaşı ötən illərin məzunlarını da olduqca narahat edir. Nəticədə Dövlət İmtahan Mərkəzinə çoxsaylı suallar ünvanlanır.
AzEdu.az DİM-ə ən çox ünvanlanan suallardan birini təqdim edir:
SUAL: Əvvəlki ilin məzunları buraxılış imtahanında iştirak etmək üçün hansı quruma müraciət etməlidir?
CAVAB: DİM tərəfindən elan olunacaq vaxtda Dövlət İmtahan Mərkəzinin saytına daxil olub qeydiyyatdan keçməlidir.
Xatırladaq ki, DİM ilin əvvəlində imtahanların vaxtı və formatı ilə bağlı ictimiaiyyətə məlumat verir.