Azedu.az

Karantin dövründə sinif  jurnalı necə  yazılmalıdır?-CAVAB  

Məktəblər

Müəllimlər və elm adamları

17 Dekabr 2020, 15:48
Karantin dövründə sinif  jurnalı necə  yazılmalıdır?-CAVAB  

Koronavirus pandemiyası ilə əlaqədar olaraq yanvarın 18-inə qədər  sərt karantin rejimi elan edilib. Bu müddətdə dərslər onlayn şəkildə davam etdiriləcək.

Karantin elan edilən rayonlarda işləyən müəllimləri narahat edən məsələ jurnal yazılması ilə bağlıdır.

Azedu.az xəbər verir ki, əgər müəllim yaşayış yerindən uzaq,  başqa şəhər və ya rayon məktəbində işləyirsə, o, karantin  dövründə  jurnal yazmaya bilər.

Rəhbərlik bunu müəllimdən tələb etməməlidir.

Jurnal yazılması vacib olduğu təqdirdə müəllimin əvəzinə jurnalı direktor və müavini yaza bilər.

Qeyd edək ki, Nazirlik jurnal yazılması ilə bağlı təlimatlar təqdim edib.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox