Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya Xidmətinin rəhbəri koronavirusa yoluxub.
Bunu AzEdu.az-a açıqlamasında xidmətin rəhbəri Şəfayət Avılbəyli özü qeyd edib.
O bildirib ki, həyatda sağlam, ayaqlarının üzərində olmaq qədər gözəl nemət yoxdur:
“Mən hazırda COVİD - 19 xəstəsiyəm. Artıq 4 gündür ki, bu xəstəliklə mübarizə aparıram. İnsanın ayaqları yer tutmur. Nə zaman, harada bu xəstəliyə yoluxacağını bilmirsən. Hər kəsə sağlam həyat arzulayıram. Özünüzü qoruyun.”