1918-ci ilin 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan Azərbaycan Ordusunun bu il 100 yaşı tamam olur.
AzEdu.az-ın bu münasibətlə 6-11-ci sinif şagirdləri arasında keçirdiyi “Bugünün məktəblisi, sabahın əsgəri”adlı rəsm müsabiqəsinin qalibləri iyunun 24-də Abşeron rayonu N saylı hərbi hissədə olublar.
Onlar vətənpərvərlik mövzusunda çəkdiyi rəsmləri əsgərlərə hədiyyə ediblər. Hərbi qulluqçular da öz növbələrində gənc “rəssamlar”a maraqlı kitablar bağışlayıblar.
AzEdu.az tədbirdən videoreportajı təqdim edir: