Azedu.az

DİM doktorantura və dissertanturaya hazırlaşan namizədlərə müraciət edib

Doktorantura

Dövlət İmtahan Mərkəzi (DİM)

10 Dekabr 2020, 13:53
DİM doktorantura və dissertanturaya hazırlaşan namizədlərə müraciət edib

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. 

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, namizədlər imtahana  buradan yazıla bilərlər. 

 

Qeyd edək ki, onlayn sınaq imtahanında (№2) 2020-ci il noyabrın 20-də Dövlət İmtahan Mərkəzində keçirilmiş elektron sınaq imtahanındakı test tapşırıqlarından istifadə olunur.

 

Namizədlər onlayn imtahanı başa çatdıran kimi oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə bloku üzrə imtahan nəticələri ilə tanış ola bilərlər. Portal tərəfindən iştirakçıların yazı blokunda yazdıqları essenin qiymətləndirilməsi aparılmır.

 

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür. 

 

Video təlimat 

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox