Təhsil Nazirliyinin "Bizdən soruşurlar" layihəsi çərçivəsində nazirliyə daha çox müraciət edilən mövzularla bağlı suallara cavab verir.
AzEdu.az xəbər verir ki, “Virtual məktəb”də qeydiyyat prosesi və şifrənin yenilənməsi www.virtual.edu.az saytında müvafiq bölmələr üzrə həyata keçirilir.
Bu prosesdə çətinlik çəkən şəxslər saytdakı “Virtual bələdçi”nin tez-tez verilən suallar xidmətinə, videotəlimatlar bölməsinə, həmçinin “Virtual məktəb”in rəsmi “Facebook” (//www.facebok.com/ict.edu.az) səhifəsinin ismarıc bölməsinə müraciət edə bilərlər.