“Bu il müəllimlərin işəqəbul imtahanlarında və yerdəyişmə prosesində iştirak edən şəxslər üçün edilən əsas dəyişiklik balların hesablanması ilə əlaqədardır”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, dəyişiklik çox gözəl və sosial təminat üçün atılan uğurlu addımdır:
“Belə ki, hərbçilərin ailə üzvləri, şəhid ailələri, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan və əlilliyi olan şəxslərin ailə üzvləri imtahanda iştirak etdikləri təqdirdə onların doğru test tapşırıqları 1 balla yox, 1.05 balla qiymətləndiriləcək”.