Vətən Müharibəsinin iştirakçısı olan əsgər Təhsil naziri Emin Əmrullayeva müraciət edib. Müraciət sosial şəbəkələrdə və qruplarda yayılıb.
AzEdu.az həmin müraciəti təqdim edir:
“Mən Rüstəmzadə Rüstəm Hüseyn oğlu başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, döyüşçülərimizə və Azərbaycan xalqına isə sülh, əminamanlıq və can sağlığı arzu edirəm. Buradan cənab Təhsil nazir Emin Əmrullayevə müraciət etmək istəyirəm. Artıq 3 ildir ki, xaricdə təhsilimi başa vurmuşam. Onun təsdiqlənməsi üçün isə akreditasiya və nostrifikasiya idarəsinə təqdim etmişəm. Lakin 3 ildir ki, diplomum öz təsdiqini tapmayıb.
Xahiş edirəm, cənab nazir Emin Əmrullayev mənə diplomumun təsdiqlənməsi üçün köməklik göstərəsiniz.Çox sağ olun, təşəkkür edirəm”.