Magistraturaya qəbul imtahanın vaxtı yaxınlaşdıqca, namizədləri narahatçılığı da artır.
Nəticədə, Dövlət İmtahan Mərkəzində çoxsaylı suallar gəlir.
AzEdu.az DİM-ə ən çox ünvanlanan sualların cavablarını təqdim edir:
SUAL: Magistraturaturaya qəbul imtahanında namizədlərin bakalavriaturadakı ümumi orta müvəffəqiyyət göstəricisinin rolu varmı?
CAVAB: Magistraturaya qəbul müsabiqəsi zamanı imtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün ilk növbədə ümumi orta müvəffəqiyyət göstəricisindən istifadə edilir.
Daha sonra ümumi intellekt səviyyəsini yoxlayan testdən toplanılan bal və xarici dil üzrə testdən toplanılan bal nəzərə alınır.
Ümumi orta müvəffəqiyyət göstəricisini elektron ərizələrində qeyd etməyən bakalavrların müvafiq göstəricisi sistemə minimal bal kimi daxil edilir.