Son 3 il üzrə direktor vəzifəsinə işə qəbul müsabiqəsinə elektron sənəd qəbulunun nəticələri açıqlanıb.
AzEdu.az Təhsil Nazirliyinin statistikasına əsasən xəbər verir ki, 2020-ci il üzrə elan olunan müsabiqə zamanı vakansiya və müraciət edən namizəd sayına nisbətdə ən yüksək rəqabətli rayon Ağstafa rayonudur.
Ağstafa rayonu üzrə 1 vakant direktor vəzifəsinə 19 namizəd müraciət edib. Ən aşağı rəqabətli rayonlar isə Xocavənd, Xızı, Şabran, Daşkəsən və Ağdaş rayonlarıdır.