Azedu.az

Bu şəhərin 68 təhsil müəssisəsində COVİD-19-a yoluxma faktı aşkar edildi

Məktəblər

Universitetlər

Maraqlı

25 Noyabr 2020, 17:23
Bu şəhərin 68 təhsil müəssisəsində COVİD-19-a yoluxma faktı aşkar edildi

Latviyanın paytaxtı Riqa şəhərində 68 təhsil müəssisəsində COVID-19-a yoluxma faktı aşkar edilib.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Riqa dumasının Təhsil, Mədəniyyət və İdman Departamentinin mətbuat katibi İndra Vilde Riqa söyləyib.

 

O bildirib ki, hazırda paytaxtın təhsil müəssisələrində 25 tələbə, 58 müəllim və 15 texniki işçi virusa yoluxub.

 

Mətbuat katibi ötən həftə 8 idman, musiqi və rəssamlıq məktəbləri, həmçinin 23 məktəbəqədər təhsil müəssisəsi də daxil olmaqla, 45 məktəbdə COVID-19-a yoluxma faktının aşkar edildiyini söyləyib. Bu həftə paytaxtda iki məktəb – “Riqa Zalitudsk gimnaziyası” və “Riqa Strazdumuyjsk məktəbi – inkişaf mərkəzi” distant təhsilə keçib.

 

Xəbər verildiyi kimi, epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə 5-6-cı sinif şagirdləri də distant təhsilə keçə bilər.(Azərtac)

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox