“Virtual məktəb” platformasından istifadə ilə bağlı müəllimlər üçün ödənişsiz onlayn təlimlərə qeydiyyat davam edir.
Təhsil Nazirliyindən AzEdu.az-a vrilən məlumata görə, təlimlərin məqsədi müəllimlərin platforma vasitəsilə məsafədən tədris aparmaq bacarıqlarını inkişaf etdirmək və onlara dəstək göstərməkdir.
Müəllimlər “Virtual məktəb” (//virtual.edu.az/) saytında yerləşdirilən sorğu formasını dolduraraq təlimlərə yazıla bilərlər.