Abituriyentlər ölkədə mövcud olan pandemiya və müharibə şəraitilə bağlı təhsildən bir qədər uzaq qalmalı oldular. Bu səbəbdən də onlarda növbəti qəbul imtahanı ilə bağlı narahatlıq yaranıb. Nəticədə Dövlət İmtahan Mərkəzinə sualların ardı-arası kəsilmək bilmir.
AzEdu.az DİM-ə ən çox ünvanlanan sualların cavablarını təqdim edir
SUAL: 2020-2021 tədris ili üçün Abituriyent qəbul və buraxılış jurnalı nə vaxt nəşr olunacaq?
Cavab: 2020-2021 tədris ili üçün Abituriyent qəbul və buraxılış jurnalı növbəti ilin əvvəli nəşr olunacaq.