Bu il Türkiyədə buraxılış mərasimləri bir-birindən fərqli qeydlərlə yaddaşlara həkk olunub.
AzEdu.az xarici mətbuata istinadən məlumat verir ki, Şərqi Aralıq Dənizi Universiteti (DAÜ) məzunları əllərində məşəllərlə buraxılış yürüşü keçiriblər. Məzun günündə 2 min 800-ə yaxın tələbə iştirak edib. Hamı bir ağızdan oxuduqları mahnıyla Şimali Kipr Türk Respublikasına və DAÜ-ə simvolik olaraq vida ediblər.
DAÜ rektoru professor Necdət Osam məzunlara yeni həyatlarında uğurlar arzulayaraq DAÜ ailəsi olaraq hər bir məzunla qürur duyduqlarını deyib.