Azedu.az

Sinif  jurnalının yazılması ilə bağlı yeni təlimatlar-Müəllimlərin diqqətinə  

Məktəblər

20 Noyabr 2020, 15:14
Sinif  jurnalının yazılması ilə bağlı yeni təlimatlar-Müəllimlərin diqqətinə  

 

 

Təhsil Nazirliyi koronavirus pandemiyası(COVİD-19) və hərbi vəziyyətlə əlaqədar olaraq sinif jurnalının yazılması ilə bağlı yeni təlimatlar tərtib edib. 

 

Azedu.az xəbər verir ki, Təhsil nazirinin “Hərbi vəziyyət dövründə təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi barədə” 2020-ci il  30 sentyabr tarixli əmri ilə 28 sentyabr- 17 oktyabr tarixlərində distant( məsafədən) keçirilən dərslər barədə sinif jurnallarında müvafiq qeydlər aparılmır.

 

Həmin tarixlərdə hərbi vəziyyətlə əlaqədar əyani dərslər təşkil olunmayıbsa, sinif jurnalında qeydlər aparılmır.

 

Oktyabrın 19-31-dək rəsmən tətil olduğu üçün sinif jurnalında müvafiq mövzuların qeydiyyatı aparılmır.

 

2 noyabr tarixindən başlayaraq, sinif jurnalında distant dərslərin qeydiyatı aparılır və mövzunun qarşısında D hərfi yazılır. Əgər internetdəki məhdudiyyətlərlə bağlı olaraq distant dərslər( virtual məktəb və.s ) təşkil etmək mümkün olmayıbsa və yalnız “Teledərslər”vasitəsilə distant təhsil təşkil olunbsa, sinif jurnalında mövzunun qarşısında D (T) hərfi yazılır.

 

Hərbi vəziyyət dövründə fəaliyyətini davam etdirən məktəblərdə sinif jurnalları əvvəlki qaydada aparılır. Lakin mövzuların əvvəlində dərslərin keçirilmə forması(əyani və ya distant) qeyd olunur. V-IX sinif şagirdləri üçün 15-28 sentyabr tarixlərində distant, 28-17 oktyabrda əyani, 2 noyabrdan etibarən yenidən distant dərslər keçirilib. X-XI sinif şagirdləri isə sentybar ayından bir qayda olaraq distant dərslərə qoşulub.

 

Qeyd edək ki, göstərilən formalar sinif jurnalında mövzuların sonunda qeyd olunur.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox