Azedu.az

Magistraturaya qəbulda qızlar oğlanları qabaqlayıb – Kəskin fərq  

Magistratura

22 İyun 2018, 17:30
Magistraturaya qəbulda qızlar oğlanları qabaqlayıb – Kəskin fərq  

2017-ci ildə magistratura səviyyəsinə qəbul planında 7.703 yer nəzərdə tutulub. Magistraturaya sənəd verən 13.081 bakalavrdan 12.972 nəfəri imtahandan iştirak edib.

AzEdu.az xəbər verir ki, onlardan 6.361 (82.6%) nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub.

Təhsil Nazirliyinin illik hesabatına əsasən, qəbul olanların 2.358 nəfəri dövlət sifarişli, 4.003 nəfəri isə ödənişli əsaslarla təhsilini davam etdirəcək. 2017/2018-ci tədris ilində magistratura səviyyəsinə qəbul olanların 3.590 nəfəri (56.4%) qızlar, 2.771 (43.6%) nəfərini isə oğlanlar təşkil edib.

Qeyd edək ki, 2016/2017-ci tədris ilində magistraturaya qəbul olunan qızların sayı – 3.074 (65.9%) oğlanların sayı – 1.593 (34.1%) təşkil edib.

Zelenskidən açıqlama - İstefa verməyə hazıram!
Son xəbərlərDaha çox