“Virtual məktəb” platformasında şagirdlərin əksəriyyətinin əsas problemi daxil olmaq üçün təyin etdikləri şifrəni unutmaları olur.
Bəs unudulan şifrəni necə bərpa etmək olar?
AzEdu.az şifrəni bərpa etmək üçün ən asan yolu təqdim edir:
1.Virtual.edu.az platformasına daxil olursuz. Açılan səhifədə ikinci sırada qeyd edilən şifrəni bərpa et bölməsini seçin. Bölməyə daxil olduqda Şifrənin bərpası başlıqlı səhifə açılacaq. Səhifədə ilk sırada yerləşən UTIS ID hissəsinə istifadəçi adınızın qarşısında verilən rəqəmləri qeyd edin. Məsələn, istifadəçi adınız [email protected] – dırsa, o zaman əvvəldə olan rəqəmlər yəni, 340987 sizin UTIS ID – dir və bunu qeyd etməlisiniz.
2.İkinci sırada Fin bölməsinə şəxsiyyət vəsiqənizin fin kodunu qeyd edirsiz. Fin kod, şəxsiyyət vəsiqəsinin ən aşağısında yerləşən sətirdə sağdan – sola arxadan 1 rəqəmi çıxmaqla saydığınız yeddi rəqəmdir. Üçüncü sətirdə hesab şifrəsini bərpa edəcəyiniz şagirdin doğum tarixini qeyd edin. Doğum tarixini qeyd etdikdən sonra aşağıda təhlükəsizlik məqsədi ilə verilən rəqəmli kodu səhifənin sonunda olan boş xanaya qeyd edin.
3.Sonda davam et düyməsini seçdikdən sonra növbəti səhifə açılacaq. Açılan səhifədə qeyd etdiyiniz UTIS ID, Fin və doğum tarixi olduğu kimi qeyd edilib. Səhifənin sonunda Parol hissəsinə təyin etmək istədiyiniz yeni şifrəni qeyd edin. Daha sonra verilmiş növbəti xanada təyin etdiyiniz parolu təsdiq etmək məqsədi ilə bir daha qeyd edin. Sonda davam et düyməsini seçin.
Qeyd edək ki, bu zaman müraciətinizin təsdiqlənməsi və təyin etdiyiniz şifrənin 1 saat ərzində yenilənəcəyi ilə bağlı ekrana yazı gələcək. Cümlənin sonunda oldu yazılan hissəni seçin. Beləliklə yeni təyin etdiyiniz şifrə 1 saat ərzində təsdiqlənəcək.