AzEdu.az xarici KİV-ə istinadən 3 ay müddətində, yəni çox qısa zaman kəsimində istənilən xarici dili öyrənməyin sınanmış 6 təməl qaydasını təqdim edir:
Həmin dildə ən çox istifadə edilən sözləri tapmaq
Bir dili sürətlə öyənmənin effektiv yollarından biri, həmin dilin lüğət tərkibində ən çox istifadə edilən, daha ümumişlək xarakter daşıyan 600 sözün tapılmasıdır.
Bunlardan 500-ü isim, sifət, say, zərf bağlayıcı, 100-ü isə feillər olmalıdır. Sözləri tapmaq üçün xüsusi güc sərf etməyə ehtiyac yoxdur. “Google” axtarış sistemi vasitəsilə demək olar ki, hər dildə ən çox istifadə edilən sözlərin oəks olunduğu müxtəlif saytlar tapmaq mümkündür.
Bunun üçün sizə bir həftədən də az vaxt lazım olacaq.
Səs və hərfləri öyrənin
Hazırda tez-tez yol verdiyimiz səhvlərdən biri də tələffüzdən əvvəl qrammatikanı öyrənməkdir.
Bu vərdiş öyrənməni yavaşladaraq həvəsinizi öldürə bilər. Xarici dildə ən çox istifadə olunan sözlərin siyahısını əldə etdikdən sonra təqribən bir həftə ərzində onların düzgün oxunmasını, səsləndirilməsini mənimsəmək lazımdır.
Yalnız bundan sonra həmin xarici dilin qrammatikasını öyrənmək olar. Bu zaman işlərin necə asanlaşdığını özünüz də hiss edəcəksiniz.
Tapdığınız sözləri əzbərləyin
Sözlərin tələffüzünü mənimsədikdən sonra onların mənasını, dilimizdə nəyi ifadə etdiyini öyrənməyə başlayın. Araşdırmalara görə əcnəbi sözləri əzbərləməyin ən asan yolu bu işi şəkillər vasitəsilə həyata keçirməkdir.
Sözlərin mənasını gözəl bir rəsmlə yadda saxlayın. Qısa zamanda 600 sözü sadəcə şəkillərlə sıraya düzdükdə belə o dildəki qarşılığını mükəmməl tələffüzü ilə biləcəksiniz.
Sözləri cümlə daxilində bir araya gətirin
Bir ay ərzində sözlərin düzgün tələffüz və mənasını öyrəndikdən sonra işin qrammatika hissəsinə keçə bilərsiniz.
Böyük ağ karton götürün və dilimizdəki ən sadə cümlələrdən nümunələri xarici dildəki tərcümələri ilə qarşılıqlı formada yazın.
Həmin qaydalara əsasən müxtəlif cümlələr qurmağa çalışın. Beləcə, dilin qrammatik qaydaları beyninizə avtomatik həkk olunacaq. Bunun üçün sizə 1 həftə sizə kifayət edəcək.
Öyrəndikləriniz tətbiq edin
Müasir öyrənmə yollarında biri də müəllimlərin dərsi şagirdlərə canlı dialoq formasında çatdırmasıdır.
Bu üsuldan istifadə edərək, 3 həftə ərzində dilin bütün qaydalarını 2-3 nəfərin söhbətində də öyrənə bilərsiniz.
Xarici dildə danışa biləcəyiniz dostlar tapın. Söhbət zamanı qrammatika şablonu və öyrəndiyiniz 600 sözdən istifadə etməkdən çəkinməyin. 3 həftədə özünüzdə inkişafa heyrət edəcəksiniz.