Riqada təxminən iki həftə ərzində COVID-19-un qeydə alındığı təhsil müəssisələrinin sayı üç dəfə artıb.
AzEdu.az Riqa Dumasının Təhsil, Mədəniyyət və İdman Departamentinin yaydığı məlumata əsasən xəbər verir ki, əgər carı ilin oktyabrın 27-də bu cür təhsil müəssisələrin sayı 24, noyabrın 5-də 41 idisə, bu gün onların sayı 75-ə çatıb. Bunlar ümumtəhsil, idman, musiqi, rəssamlıq məktəbləri və 26 məktəbəqədər təhsil müəssisəsidir.