Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi (qiyabi) Ceyhun Əsədov Vətən müharibəsində fəal iştirak edir.
AzEdu.az xəbər verir ki, bununla bağlı universitetin rektoru Ədalət Muradov öz facebook hesabında paylaşım edərək qürur duyduğunu bildirib:
“UNEC tələbəsi həm də Vətən müharibəsində düşməni məhv edir. Hər birinizlə qürur duyuram, UNEC tələbəsi! Allah hər birinizi qorusun. Allah hər bir əsgərimizi qorusun.
CEYHUN ƏSƏDOV, UNEC, QRUP 2122!”
Qeyd edək ki, II Qarabağ Müharibəsi Azərbaycan ordusunun tam qələbəsi ilə yekunlaşdı.
Qarabağ Azərbaycandır!