Sosial baxımdan həssas ailə qrupuna aid edilən tələbələrin təhsil haqqının dövlət tərəfindən ödəliməsi ilə bağlı qeydiyyat prosesi yekunlaşıb.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, //e-telebe.edu.az elektron portalı vasitəsilə həyata keçirilən tələbələrin qeydiyyat prosesi 10.11.2020 ci il tarixində başa çatıb.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən //e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvü olan birinci kurs tələbələrinin təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı müraciətlərin qəbulu üçün 30 sentyabr 2020-ci ildən etibarən aktivləşdirilmişdi.