2017/2018-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı artırılıb.
AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin illik hesabatındakı məlumata əsasən, qəbul planı artırılaraq 20.950-yə çatdırılıb.
Ayrılan yerlər əvvəlki ildən 2.130 yer çoxdur. 2017/2018-ci tədris ili üçün dövlət və özəl ilk peşə-ixtisas təhsili müəssisələrinə 11.600 nəfər dövlət sifarişli, 9.350 nəfər isə ödənişli əsaslarla olmaqla, cəmi 20.950 nəfər şagird qəbulu nəzərdə tutulub.
Qeyd edək ki, ilk peşə-ixtisas təhsili “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.