Azedu.az

AzTU-nun professoru beynəlxalq konfransın Proqram Komitəsinin üzvü seçilib

25 Oktyabr 2020, 13:29
AzTU-nun professoru beynəlxalq konfransın Proqram Komitəsinin üzvü seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter sistemləri və şəbəkələri kafedrasının müdiri, professor Vaqif Qasımov 25-27 noyabr 2020-ci il tarixində Ukraynanın Kiyev şəhərində keçiriləcək IEEE-nın İnformasiya nəzəriyyəsində qabaqcıl tendensiyalar üzrə (“2020 IEEE International Conference on Advanced Trends in Information Theory ATIT”) beynəlxalq konfransın Proqram Komitəsinin (//atit.ieee.org.ua/committees/)  üzvü seçilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, Vaqif Qasımov konfransda "Təsvirlərin DNT-psevdosimvolları ardıcıllığı və xaotik məntiqi kart əsasında şifrlənməsi alqoritmi" mövzusunda məruzə ilə çıxış edəcək. 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox